Administrasiyanın maşını qəzaya düşdü

administrasiyanin-masini-qezaya-dusdu
Oxunma sayı: 6107

Prezident Administrasiyasına məxsus BMW markalı avtomobil qəzaya düşüb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda H.Seyidzadə küçəsində baş verib.

Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Teymur Rəhimovun idarə etdiyi Prezident Administrasiyasına məxsus BMW markalı 10 PA 580 dövlət nömrə nişanlı avtomobil Bakı sakini 1967-ci il təvəllüdlü Leyla Abdullayevanın idarə etdiyi “Okean avto” MMC-yə məxsus "Hyundai Accent" markalı 10 PT 068 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hər iki avtomobilə zərər dəyib.

Sürücülərdən ağır xəsarət alan olmayıb.