ADY zəlzələ ilə bağlı yol infrastrukturuna baxış keçirdi - Yenilənib

ady-zelzele-ile-bagli-yol-infrastrukturuna-baxis-kecirdi
Oxunma sayı: 3235

19 yanvar tarixində axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu haqda “Qafqazinfo”ya ADY-dən məlumat verilib.

Bildirilib ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

***

ADY-dən bilidirilib ki, qurumun  Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Qatarlarının hərəkəti normal rejim üzrə bərpa olunub.