Ağcabədidə 15 yaşlı qız ana oldu - Yenilənib

agcabedide-15-yasli-qiz-ana-oldu
Oxunma sayı: 7167

Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S. İ-nin övladı dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.

***

 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, bu barədə Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Murad Əhməd