18 yaşlı çobanın meyiti meşədən tapıldı

18-yasli-cobanin-meyiti-meseden-tapildi
Oxunma sayı: 2725

Ağcabədidə Ağsu sakininin meyiti aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ağcabədi rayon ərazisində yerləşən meşə massivində qeydə alınıb.

Məlumata görə, tapılan kişi meyitinin Ağsu rayon sakini, 2008-ci il təvəllüdlü Xasayev Çingiz Gündüz oğluna məxsus olduğu müəyyən edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ç. Xasayev sözügedən meşəlik ərazidə yerləşən fermalardan birində çoban işləyirmiş. 

Faktla araşdırma aparılır.

Ziya Əmirxanlı