Ağdam məscidi işıqlandırıldı

agdam-mescidi-isiqlandirildi
Oxunma sayı: 4866

27 ildən sonra Ermənistanın işğalından azad edilmiş Ağdam rayonunun Cümə məscidi də elektriklə təchiz olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva feysbuk səhifəsində paylaşım edib. 

O, fotoya "27 il sonra Ağdam məscidi. Sənə şükürlər olsun Allahım!" sözlərini əlavə edib. 

Qeyd edək ki, ötən həftə Şuşa şəhərindəki Gövhər Ağa məscidinin də işıqlandırılması baş tutumuşdu.