Ağdamda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarəti alan kənd sakini Cabbarov Sahib Camal oğlu Ağdam Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Daha sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Hadisəni törətməkdə həmkəndlisi, Baxşəliyev Teymur Həsən oğlu şübhəli bilinir.
İlkin məlumata görə, hadisəyə səbəb kəndilər arasında yaranan mübahisə olub.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı T.Baxşəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla baǧlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər