Ağdaşdakı hadisə ilə bağlı cinayət işi başlandı

agdasdaki-hadise-ile-bagli-cinayet-isi-baslandi
Oxunma sayı: 2439

Xəbər verdiyimiz kimi, ötən gün saat 22 radələrində Adil Qasımov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan 2 “ Ford” markalı yük avtomobili ilə toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Hadisə ilə bağlı cinayət işi başlanıb.