Mert Hakan Yandaş və Ahmet Çakar saxlanıldı - Yenilənib+Video

mert-hakan-yandas-ve-ahmet-cakar-saxlanildi
Oxunma sayı: 1246

Türkiyəli keçmiş hakim və şərhçi Ahmet Çakar saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılıb. 

Qeyd edək ki, Ahmet Çakarla yanaşı bir neçə məşhur futbolçunun və klub idarəçisinin də saxlanıldığı bildirilib. 

***

“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş da mərc oyunlarına görə saxlanılıb.

***

Saxlanılanlar arasında “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak da var.