“Aİ-95” markalı benzinin qiyməti qalxdı

ai-95-markali-benzinin-qiymeti-qalxdi
Oxunma sayı: 17990

Azərbaycanda benzinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu gündən “Aİ-95” premium markalı benzinin qiyməti 1.40 AZN olub.

Qeyd edək ki, qiymət artımına qədər “Aİ-95” 1.25 AZN idi.

***

Eyni zamanda, Aİ-98 benzininin qiyməti 15 qəpik bahalaşaraq 1,55 manata yüksəlib.