Albaniya Prezidenti Bakıdadır - Foto

albaniya-prezidenti-bakidadir
Oxunma sayı: 2728

Albaniyanın Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 13-də Azərbaycana işgüzar səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşılayıblar.