Ali Rada səfərbərlik barədə qanun layihəsini qəbul etdi

ali-rada-seferberlik-barede-qanun-layihesini-qebul-etdi
Oxunma sayı: 1986

Ukraynanın Ali Radası səfərbərlik barədə qanun layihəsini birinci oxunuşda qəbul edib. 

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, deputatların 243-ü qanun layihəsinin lehinə, 12-si əleyhinə səs verib, 45 nəfər isə bitərəf qalıb. 

Qanun elektron çağırış vərəqələrinin tətbiq edilməsini, xidmətdən yayınan şəxslərin hüquqlarının məhdudlaşdırılması, o cümlədən onların bank hesablarının dondurulması imkanlarını nəzərdə tutur.

Layihə ölkənin müdafiə naziri Rüstəm Umerov tərəfindən təqdim edilib.