Alim Qasımovdan yeni klip - “Xarı bülbül”...

alim-qasimovdan-yeni-klip
Oxunma sayı: 2269

Xalq artisti Alim Qasımov yeni layihəsini təqdim edib.

Qafqazinfo” xəbər verir ki, muğam ifaçısı gənc müğənni Rubail Əzimovla duet oxuduğu “Xarı bülbül” mahnısını ekranlaşdırıb.

Klipin rejissoru Vüsal Həsəndir. Layihə Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin əziz xatirəsinə ithaf olunur.

Ekran işində “Qarabağdır Azərbaycan” filmindən görüntülər əks olunub.

Xatırladaq ki, əsərin söz və musiqisi Rubail Əzimova məxsusdur.