Almaniyadan Ərdoğana pis xəbər

almaniyadan-erdogana-pis-xeber
Oxunma sayı: 7361

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Almaniya və Avropanın ən böyük media qurumlarından biri olan “Axel Springer” konserninin rəhbəri Matias Depfneri məhkəməyə verib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, Ərdoğanın Almaniyadakı vəkili Ralf Höker bildirib ki, Depfner məşhur komediyaçı Jan Böhmermanın martın 31-də verilişlərdən birində səsləndirdiyi satirik “Ərdoğan şeiri”ni dəstəklədiyinə görə məhkəməyə verilib. Belə ki, Depfner ötən ay Almaniyanın “Welt am Sonntag” qəzetində dərc olunan məktubunda Böhmermanla razılaşdığını və şeiri oxuyarkən çox güldüyünü bildirib.

Köln şəhər məhkəməsi Ərdoğanın Depfnerə qarşı irəli sürdüyü iddianı rədd edib.

Məhkəmənin rəyinə görə, M. Depfner söz azadlığına sahibdir.

Matias Depfner