Altı azərbaycanlı hərbçi işgəncələrlə öldürülüb - Rəsmi

alti-azerbaycanli-herbci-isgencelerle-oldurulub
Oxunma sayı: 20072

“Erməni hərbçilər tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırmalar davam etdirilir.

Baş prokuror Kamran Əliyev də çıxışında Ermənistan hərbçilərinin törətdiyi qeyri-insani davranışlarla bağlı görüntülərin olduğunu, lakin bu barədə qarşı tərəfin hər hansı araşdırma aparmadığını, rəsmi açıqlama vermədiyini əlavə edib.