Ana və iki uşağını öldürən şəxsə ömürlük cəza

ana-ve-iki-usagini-olduren-sexse-omurluk-ceza
Oxunma sayı: 8927

Bakıda həyat yoldaşının bacısını və iki uşağını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əhəd Əliyev ömürlük azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən ilin fevralında baş verib. 1981-ci il il təvəllüdlü Əhəd Əliyev bıçaqla arvadının bacısı Gülnar Qaraxanova və onun iki azyaşlı övladını qətlə yetirib.

Qeyd edək ki, Ə.Əliyev 2007-2014-cü illərdə  Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru olub.

Amin Nəzərli

Fotoda: Qətlə yetirilən azyaşlılar