Anar Məmmədov Qazanbulaq qəsəbəsində sakinlərlə görüşdü - Fotolar

anar-memmedov-qazanbulaq-qesebesinde-sakinlerle-gorusdu
Oxunma sayı: 1676

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində sakinləri qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, qəbulda rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak edib.

Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Qəbula gələn vətəndaşlar içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər səsləndiriblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub.

Qəbulda iştirak edən sakinlər ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.