Anar Məmmədovun mahnısını kim daha yaxşı oxuyub? - Videolar

anar-memmedovun-mahnisini-kim-daha-yaxsi-oxuyub-videolar
Oxunma sayı: 1098

Bir neçə gündür nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun üstündə şou-biznes əhli bir-birini qırır.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gündür ki, tanınmış sənətçilər arasında Anar Məmmədovun mahnısı üstündə qarşıdurma yaranıb. Belə ki, müğənnilər Brilliant Dadaşova, Abbas Bağırov, Ramal, Könül Kərimova Anar Məmmədovun “Aləm gözəl” mahnısını ayrı-ayrı vaxtlarda ifa ediblər. İndi isə onların bəziləri “Mahnı mənim üçün yazılıb” davası aparırlar.

Bu qarşıdurmada Abbas Bağırovla Brilliant Dadaşova daha fəaldır.

“Qafqazinfo” sözügedən mahnını müxtəlif müğənnilərin ifasında səsləndirilmiş versiyalarını təqdim edir. Oxucular kimin bu mahnını daha yaxşı oxuduğunu söyləsələr doğru olar.