Ankarada da CHP liderdir - Yenilənib

ankarada-da-chp-liderdir
Oxunma sayı: 3957

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, artıq səslərin sayılması prosesinə start verilib.

İlkin nəticələrə görə paytaxt Ankarada Mansur Yavaş öndədir.

CHP namizədi 56.98 faiz səs toplayıb. Hakim partiya namizədi Turqut Altıntok 35.83 faiz seçicinin etimadını qazanıb.

***

CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir.
***

CHP namizədi Mansur Yavaş 58.64 faiz səslə liderliyini qoruyur.