Ankarada dəhşətli terror aktı - Ölənlərin sayı artır+ Yenilənib

ankarada-dehsetli-terror-akti
Oxunma sayı: 11270

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış Bakı vaxtı ilə saat 20:35-də Kızılay bölgəsində Atatürk parkı və Baş Prokurorluğa yaxın ərazidə baş verib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Ərazidəki maşınlara və binalara da ziyan dəyib.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub.

***

Partlayışın "canlı bomba" tərəfindən törədildiyi bildirilir. Hadisə baş verən əraziyə yaxın böyük ticarət mərkəzi yerləşir. Buna görə də xeyli insanın öldüyü ehtimal olunur. Hələ ki, bu barədə rəsmi məlumat verilməyib. 

***

Polislər ikinci dəfə baş verə biləcək partlayış ehtimalına görə insanları ərazidən uzaqlaşdırır.

***

Hadisə nəticəsində artıq 5 nəfərin həlak olduğu deyilir. Ölü sayının artacağı istisna olunmur.

***

Ankara valiliyinin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 27 nəfər ölüb, 75 nəfər isə yaralanıb.

***

Son rəsmi rəqəmlərə görə, terror nəticəsində 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.