Ankaranın Atakule qülləsi bayrağımızın rənglərinə boyandı - Video

ankaranin-atakule-qullesi-bayragimizin-renglerine-boyandi
Oxunma sayı: 3784

Ermənistanın hücumları qarşısında Azərbaycan xalqına birlik, bərabərlik və həmrəylik mesajını çatdırmaq üçün Türkiyənin paytaxtı Ankaranın əsas simvollarından biri olan Atakule qülləsi ölkəmizin bayrağının rənglərinə (mavi, qırmızı və yaşıl) boyanıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “Haber Global” xəbər verib.

Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.