Antalyadakı kanat qəzasında şübhəli bilinən 13 nəfər saxlanıldı - Yenilənib

antalyadaki-kanat-qezasinda-subheli-bilinen-13-nefer-saxlanildi
Oxunma sayı: 5995

Türkiyənin Antalya şəhərində Tünektəpə kanat xəttində qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, kanat xəttinin kabinələrindən biri dirəyə dəyərək parçalanıb. 

Parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb. Əraziyə yanğınsöndürmə, polis və xilasetmə qrupları göndərilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 15 kabinədən 98 nəfər təxliyə edilib. Hazırda 9 kabinədə xilasetmə işləri davam edir.

Qəzadan sonra kanat xəttinin dayanması səbəbindən çox sayda insan kabinələrdə köməksiz qalıb.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, xilasetmə işlərində Sahil Mühafizəsi Komandanlığına aid 4 helikopterin aktiv rol oynadığını bildirib.

***

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunçun verdiyi açıqlamaya görə, kanat qəzası ilə bağlı məsul şirkətin işçiləri də daxil olmaqla 13 şübhəli saxlanılıb.