Aprel şəhidinin anası vəfat etdi

aprel-sehidinin-anasi-vefat-etdi
Oxunma sayı: 2410

Aprel döyüşləri şəhidi Mahmud İbrahimovun anası Gülnaz İbrahimova bu gün vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova məlumat verib. O qeyd edib ki, şəhid anası uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Mahmud Azər oğlu İbrahimov 1997-ci ilin 3 sentyabr tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər doğulduğu Mehdiabad qəsəbəsində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.