Aqil Abbasın rəis oğluna töhmət verildi - Yenilənib

aqil-abbasin-reis-ogluna-tohmet-verildi
Oxunma sayı: 19148

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir. 

Xəbəri rusca oxuyun: Cыну Агиля Аббаса был сделан выговор

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.

***

Elşad Hacıyev daha sonra əlavə edib ki, Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.

***

“Qafqazinfo” xəbər verir ki, T.Abbasovun cəzalandırılması barədə əmri nazir Vilayət Eyvazov imzalamayıb. Daxili qaydada, İdarə rəisi Musa Musayevin əmri ilə Tuncay Abbasova töhmət verilib.

Murad Əhməd