Arda Turan jurnalistə hücum etdi - "Fahişənin balası"

arda-turan-jurnaliste-hucum-etdi
Oxunma sayı: 1502

Türkiyə millisinin ulduz futbolçusu Arda Turan jurnalist Bilal Meşeye hücum çəkib.

“Qafqazinfo” xəbər verir ki, İtaliyaya gedən milli komandanın təyyarəsində Meşenin 2016-cı ildə Arda haqqında yazısı xatırlanıb və yarımmüdafiəçi bundan əsəbiləşib. 

“Barselona”nın oyunçusu jurnalistin boğazından yapışaraq onu döymək istəyib. O, çətinliklə sakitləşdirilsə də, millinin baş məşqçisi Fatih Terim hadisəyə biganə qalıb. 

Artda hətta ona qarşı təhqiredici ifadələr səsləndirib və döymək istəyib:

“Söylə görüm, orda idinmi, haqqımızda elə xəbər yazdın? Biz kimdən pul dilənmişik? Bunları sənə kim yazdırıb? Bizim ölkə belədir, indi də səni təyyarəyə götürüblər. Deyirəm, eşitsinlər, sənin kimisini bu təyyarəyə götürənin... Məni də başqaları kimi zənn etdin, fahişənin balası. Mən futboldan gedərəm, amma ailəmə söz gətirmərəm”.