Arif Hacılı yenidən başqan oldu - Yenilənib

arif-hacili-yeniden-basqan-oldu
Oxunma sayı: 6473

Müsavat Partiyasının IX qurultayı başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, qurultay “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçirilir.

Müsavat Partiyasının başqanı postuna namizədlər hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Çıxışlar başa çatdıqdan sonra səsvermə prosesi başlayıb.

***

Partiya rəhbəri postuna keçirilən səsvermə başa çatıb. Hazırda nəticələr hesablanır. 

***

Səsvermənin nəticələrinə görə, Arif Hacılı yenidən başqan seçilib. 333 etibarlı bülletendən 51-də Tofiq Yaqublunun, 20-də Yadigar Sadıqlının, 262-də isə Arif Hacılının adı olub. Hacılı səs çoxluğu ilə qalib gəlib.