“Arpaçay” yatağının bir hissəsi auksionda 28,5 minə satıldı

arpacay-yataginin-bir-hissesi-auksionda-285-mine-satildi
Oxunma sayı: 2945

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Muxtar Respublikanın Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) auksiona çıxarılıb.

Keçirilmiş auksionda ən yüksək qiymət təklifi ilə “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olub.