Arvadı özünü öldürdü, ər bunu eşidib sirkə içdi - Bakıda ailə faciəsi

arvadi-ozunu-oldurdu-er-bunu-esidib-sirke-icdi
Oxunma sayı: 10178

Bakıda ailə faciəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadın məlumatına görə, ötən gün sirkə turşusu içərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Xətai rayonu, Əhmədli qəsəbəsinin sakini, 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova orada ölüb.

Bu xəbərdən sarsılan qadının əri, 85 yaşlı Xasay Bəşir oğlu Kərimov da sirkə turşusu içərək intihara cəhd edib. O, təcilli olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.