Arvadını ilk dəfə makiyajsız görən ər - Onu boşadı

arvadini-ilk-defe-makiyajsiz-goren-er
Oxunma sayı: 5875

BƏƏ sakini arvadını ilk dəfə makiyajsız gördükdən sonra ona boşanma davası açıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kişi çimmək üçün dənizə girərkən həyat yoldaşının makiyajı silindikdən sonra belə qərar verib.

34 yaşlı ər bildirib ki, bir anda sevdiyi qadının üz cizgilərinin dəyişdiyini görüb və bu vaxta qədər süni gözəlliklə aldadıldığını bildirib. Belə ki, sonradan ona məlum olub ki, 24 yaşlı arvadı bir neçə plastik əməliyyat keçirib, qoydurma kipriklərdən və rəngli linzalardan istifadə edib.