Atası ilə Səmanın axtarışları davam edir - Video

atasi-ile-semanin-axtarislari-davam-edir
Oxunma sayı: 2991

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hazırda 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.