Atatürkün heykəli 15 iyul Meydanından belə söküldü - Fotolar

ataturkun-heykeli-15-iyul-meydanindan-bele-sokuldu
Oxunma sayı: 7874

Türkiyənin Rize şəhərində 15 iyul Demokratiya və Cumhuriyyət Meydanında aparılan yeniləmə layihəsi çərçivəsində Mustafa Kamal Atatürkün heykəli sökülərək valiliyin qarşısına yerləşdirilib.

Qafqazinfo”nun “Cumhuriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu hadisə yerli əhali arasında narazılığa səbəb olub.

“Atatürkçü Düşüncə Dərnəyi”nin (ADD) sədri Ömər Torpaq ilə CHP İdarə Heyətinin üzvü Saltuk Dəniz heykəlin qaldırılmasına etiraz olaraq səlahiyyətli şəxslərlə mübahisə ediblər.

Polislər müdaxilə edərək hər iki şəxsi ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, M.K.Atatürkün heykəlinin yerində 15 iyul şəhidlərinin abidəsi qoyulacaq.