Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb - Fotolar

aticiliq-uzre-federasiya-kuboku-yenilikle-yadda-qalib
Oxunma sayı: 1404

Atıcılıq üzrə Federasiya Kubokunun 3-cü mərhələsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki,10 fərdi və 3 qarışıq komanda növündə keçirilən yarışda ölkə üzrə 99 atlet iştirak edib. Yarış Bakı Atıcılıq Mərkəzində keçirilib.

Federasiya Kuboku il ərzində 3 dəfə keçirilir. Yarışın məqsədi ölkə üzrə güclü oyunçuların müəyyənləşdirilməsi, atıcılıq idmanının kütləviləşdirilməsi, gənclərin bu idman növü üzrə peşəkarlaşdırılmasıdır.

Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycanda Atıcılıq üzrə Federasiya Kuboku belə geniş iştirakçı tərkibi ilə keçirilib. Noyabrın 23-dən başlayıb 1 həftə davam edən yarışda həm güllə, həm də stend atıcılığı növü üzrə xeyli sayda ilk dəfə iştirak edən və nəticə göstərən gənc olub.