“Atışmanın ilk dəqiqələrində Putinə məlumat verilib”

atismanin-ilk-deqiqelerinde-putine-melumat-verilib
Oxunma sayı: 6787

“Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verənlərlə bağlı məlumatlandırılıb”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Crocus City Hall”da baş verənlərin ilk dəqiqələrində prezidentə atışmaların başladığı barədə məlumat verilib. Prezident baş verənlər, həyata keçirilən tədbirlərlə bağlı bütün aidiyyəti qurumlar vasitəsilə mütəmadi olaraq məlumat alır. Prezident bütün lazımi tapşırıqları verib”, - Peskov əlavə edib.

Xatırladaq ki, ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Nəticədə 40 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb.