Avropa ölkələri “AstraZeneca” peyvəndinin istifadəsini davam etdirir

avropa-olkeleri-astrazeneca-peyvendinin-istifadesini-davam-etdirir
Oxunma sayı: 677

Avropa ölkələri “AstraZeneca” peyvəndi ilə vaksinasiya proqramlarını bərpa edir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat verib.

Almaniya və Fransa səlahiyyətliləri yaxın gələcəkdə əhalinin “AstraZeneca” preparatı ilə peyvənd olunacağını açıqlayıb. Fransa Baş naziri Jan Kasteks xalqın dərmana olan inamını bərpa etmək üçün bu gün şəxsən peyvəndlənəciyini bəyan edib.

İtaliya, İspaniya, Bolqarıstan, Portuqaliya və Sloveniya da “AstraZeneca” peyvəndini yenidən istifadə etməyə başlayacaq. Üç günlük fasilədən sonra Latviya da bu gün vaksinin istifadəsinin davam etdirilməsi qərarına gəlib. İsveç isə hələ də peyvəndin təhlükəsizliyi ilə bağlı araşdırmasını davam etdirir.

18 martda İngiltərənin Baş naziri Boris Conson “AstraZeneca” peyvəndi vurduracağını bildirib: “Hamımızın mümkün qədər tez peyvəndlənməsi vacibdir. Mən isə peyvəndimi sabah vurduracağam”.

Bundan əvvəl, Avropa Dərman Agentliyi (EMA) İngiltərə-İsveç istehsalı “AstraZeneca” peyvəndinin tətbiqindən sonra qan laxtalanmasına dair xəbərlərə baxmayaraq vaksinin təhlükəsiz olduğunu açıqlayıb.