Avropada qaz kəskin ucuzlaşdı

avropada-qaz-keskin-ucuzlasdi
Oxunma sayı: 2507

Avropada təbii qazın qiyməti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Niderland TTF indeksi üzrə yanvar fyuçerslərinin dəyəri bu gün təxminən 22 faiz azalıb.

Yanvar ayı üçün təxirə salınan təbii qaz müqavilələrinin qiyməti gün ərzində 123 avro səviyyəsinə yüksəlib. Daha sonra 110 avro səviyyəsində qalıb.

Qeyd edilir ki, istiliyin artması və ABŞ-dan yola düşən çox sayda LNG tankerlərinin yaxın həftələrdə Avropa limanlarına çatması qaz qiymətlərini aşağı salıb.

Avropa İttifaqı ölkələri hazırda təbii qaz ehtiyaclarının 90 faizini idxal edir.