Avtobus qəzaya düşdü - 1 ölü, 16 yaralı var - Foto

avtobus-qezaya-dusdu
Oxunma sayı: 2460

Bu gün Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, mikroavtobusun yük maşınına çırpılması nəticəsində ölən və çoxsaylı xəsarət alanlar var.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi “ZİL” markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub: “Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar”.

Faktla bağlı araşdırma aparılır.