Bu gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Mahrasa bağları” adlanan ərazisində qeydə alınıb.
2010-cu il təvəllüdlü Ümid Niftəliyevin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.
Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil.
Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər