Avtoservisdə maşın belə yandı - Video

avtoservisde-masin-bele-yandi
Oxunma sayı: 5177

Zaqatalada avtomobil təmiri sexi yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın Zaqatala rayon Yuxarı Tala kənd ərazisində avtotəmir sexində baş verib.

Yanğın yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları cəlb olunub.

Yanğın zamanı sexin daxilində olan 1971-ci il təvəllüdlü Hüseynov Vaqif Qurban oğluna məxsus “VAZ 21011” markalı minik avtomobil tamamilə yanıb, eyni zamanda Əliyev Elşən Əhməd oğluna məxsus sexin 100 kvadrat metr tavan hissəsi qismən yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Mübariz Muradov