“Aygün Kazımovaya da Cəmilə deyirlər” – Şou-biznesin oxşarları

aygun-kazimovaya-da-cemile-deyirler-sou-biznesin-oxsarlari
Oxunma sayı: 1824

Tanınmış prodüsser Tolik (Tarix Əliyev) Lalə Məmmədovanın, xalq artisti Brilyant Dadaşovaya bənzədib: “Bunu hamı deyir Lalə Məmmədova Brilyanta oxşayır nəyinki səsi, görünüşü hətta əl hərəkətləri, oynamağı belə, sanki Brilyant xanımdır. Mən Günay İbarahimovanı da İradə İbarhimavaya oxşadıram. İndi bilmirəm özünü oxşadır ya yox? amma mən çox bənzədirəm. Birdə bir çox tanınmışlar özlərinin xalq artisti Aygün Kazımovaya bənzədir”.

Müğənni Xuraman Şuşalı da Lələ Məmmədovanı Brilyant Dadaşovaya bənzədənlərdəndir: “Brilyant xanımın öz, Lalə Məmmədovanın isə öz yolu var. Amma oxşarlıqları var. İndi bir çox müğənnilər özlərini Aygün Kazımovaya, Röyaya bənzədirlər amma təqdirəlayiq hal deyil. Özləri olsalar daha yaxşı olar”.

Elit Star Cəmilə bildirib ki, onun özünü bir çox insanlar Aygün Kazımovaya bənzədirlər: “Mən rayonlara toylara gedirəm. Maşından düşürəm mənə deyirlər Aygün Kazımova. Elə Aygün Kazımovaya da Cəmilə deyən olub. Bilmirəm makiyajdan, yoxsa nədən amma bir çox insanlar bizi bənzədirlər. Onu da deyim ki, bizim bu kişi müğənnilərimizdə bənzərlik daha çoxdur. Müğənni Ramal, Yaşar, Elçin Cəfərov və sair kimi müğənnilər var. Onlar biri-birlərinə imic və səs olaraq bənzəyilər. Radioda səslərini dinləyərkən ayırmaq olmur. Bəziləri də var özlərin Zamiqə bənzədirlər. Çünki, şou-biznesdə belə imic-saqqal, saç düzümünü Zamiq gətirib. Özlərinin Röyaya, Brilyanta da bənzədənlər də çoxdur”.

İfaçı Zamiq Hüseynov söyləyib ki, o Azərbaycan şou-biznesində heç bir bənzərlik görmür: “Mən bizim şou-biznesdə olan ifaçıları bir-birilərinə bənzətmirəm. Hər kəsin öz yeri var”.

Məşhur müğənni Rəqsanə İsmayılova bu mövzuya fərqli münasibət bildirib: “Mən yol ilə gedərkən radionu açıram bizim müğənnilərin mahnılarını dinləyirəm. İnanın, hamda bir eynilik var. Bir çoxu Röya üslubunda oxuyur. Əgər tanınmaq və daha çox sevilmək istəyirlərsə, öz tərzlərində ifa etmələrini məsləhət görərdim”.

Müğənni Mehrim Məmmədzadə qeyd edib ki, bir çox kişi müğənnilərimiz Teymur Əmrah tərzində oxuyurlar: “Bir neçə kişi müğənnilərimiz var Teymur Əmrah üslubunda oxuyurlar. Onların ifalarında Teymur məktəbi keçdikləri hiss olunur. Bəziləri də var ki, özlərini Aygün Kazımovaya oxşatmaq istəyir, amma bu onlarda alınmayacaq. Aygünü Kazımova oxşatmaq istəsələr də əksinə meymuna oxşayırlar. Aygün Kazımova artıq öz möhürünü vurub”.


Aynur Babayeva