Aygünün qalmaqallı klipi birinci oldu

aygunun-qalmaqalli-klipi-birinci-oldu
Oxunma sayı: 4887

Xalq artisti Aygün Kazımovanın “Sus” adlı klipi məşhur axtarış saytında birincidir. “Qafqazinfo” xəbər verir ki, müğənninin son layihəsi “lyricstranslate.com” saytında liderdir. 

Bu sayt yarım milyondan artıq dünya musiqilərini, həmçinin ən çox axtarışa verilən mahnıları özündə cəmləşdirir. 

A.Kazımovanın konsert öncəsi təqdim etdiyi “Sus”u da portalın “Ən populyar” bölməsində birincidir. 

Qeyd edək ki, sözügedən klip ötən ayın 27-dı təqdim olunub. Kazımova "fahişə" obrazı ilə kamera qarşısına keçib. Xalq artistinin ekran işindəki rolu isə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu olub.

"Sus"u Aygünün rəsmi “Youtube” səhifəsində yarım milyona yaxın insan izləyib.