Bakıda daha bir dünya çempionatı keçiriləcək

bakida-daha-bir-dunya-cempionati-kecirilecek
Oxunma sayı: 476

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.