Aysel Şükürovanın xəstəxanadan fotosu yayıldı

aysel-sukurovanin-xestexanadan-fotosu-yayildi
Oxunma sayı: 14688

“Location” klubunda yanğınla nəticələnən partlayışda xəsarət alan bloqer Aysel Şükürovanın xəstəxanadan fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntünü Ayselin dostu Raul instaqramda paylaşıb.

O, hər kəsdən Aysel üçün dua etməyi xahiş edib. 

Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.