Azarkeş sürpriz şəkildə 100 min dollar qazandı - Video

azarkes-surpriz-sekilde-100-min-dollar-qazandi
Oxunma sayı: 2681

Milli Basketbol Assosiasiyasında keçirilən “Los-Anceles Leykers” – “Toronto Reptors” görüşündə maraqlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, azarkeşlərdən biri oyun zamanı 100 min dollar qazanıb. 

Məlum olduğu kimi, oyunların fasiləsi zamanı azarkeşlərlə müxtəlif əyləncəli proqramlar təşkil edilir. Bu dəfə təsadüfi olaraq seçilmiş azarkeşə topu səbətə göndərmək şansı yaradılıb. Mərkəz xəttindən edilən cəhd uğurlu alınıb. Bu da azarkeşə 100 min dollar qazandırıb.