Azərbaycan 65 xalla 20-ci oldu - Video+Yenilənib

azerbaycan-65-xalla-20-ci-oldu
Oxunma sayı: 15177

“Avroviziya” mahnı müsabiqəsinin böyük finalı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, final mərasimi Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilir.

Birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland mübarizə aparıb.

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edib.

***

Yarışmanın finalında səsvermə başlayıb.

*** 

Ukrayna Azərbaycana 3, İsrail 2, Gürcüstan 5, Rusiya 8, İsveçrə 2, Niderland 2, İrlandiya 2, Moldova 6, Albaniya 2 xal verib.

Tamaşaçı səsverməsinə əsasən, Azərbaycan 33 bal toplayıb. Bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb. Azərbaycan müsabiqəni 20-ci yerdə tamamlayıb.