Azərbaycan daha bir yüksəkliyi nəzarətə götürüb - Foto

azerbaycan-daha-bir-yuksekliyi-nezarete-goturub
Oxunma sayı: 9925

Azərbaycan hərbçiləri Geqarkuniklə şərq sərhədində daha bir yüksəkliyi nəzarətə götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Razminfo” saytı sosial şəbəkələrdə yayılan videoya əsasən məlumat yayıb.

Bildirilir ki, videonun çəkildiyi yerdən görünür ki, Kut  kəndindən təxminən 6 kilometr şimal-şərqdə olan yüksəklik artıq Azərbaycanın nəzarətindədir.