Azərbaycan ilk qızıl medalını qazandı - Yenilənib

azerbaycan-ilk-qizil-medalini-qazandi
Oxunma sayı: 5624

Azərbaycan cüdoçusu Ramil Qasımov (73 kq) “Rio-2016” XV Yay Paralimpiya Oyunlarındakı ilk görüşündə Kuba təmsilçisi Gerardo Rodriqezini məğlub edib.

Qafqazinfo” xəbər verir ki, Ramil Qasımov növbəti mərhələdə Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuz Ukrayna cüdoçusu Dmitri Solovey ilə üz-üzə gələcək.

***

Azərbaycan cüdoçusu XV Yay Paralimpiya Oyunlarının qalibi olub.

Ramil Qasımov finalda Soloveyi məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb.