Azərbaycan “Keşikçidağ”ı gürcü zəvvarlar üçün açır - Bakıdan qayıdan kimi elan etdi

Azərbaycan “Keşikçidağ”ı gürcü zəvvarlar üçün açır
Oxunma sayı: 3698

“Oktyabrın 11-dən etibarən “Keşikçidağ” (“David Qareci”) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”. “Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Bakı səfərindən qayıdan Gürcüstan Baş Naziri Georgi Qaxariya hökumətin iclasında bildirib.

Baş Nazir postunda ilk səfərini Azərbaycana edən Qaxariya Prezident İlham Əliyevlə danışıqlarından bəhs edib:

“Mövcud problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə deyə bilərəm ki, sabahdan etibarən kompleksin ərazisində yerləşən kilsələr gürcü zəvvarlar üçün açılacaq.

Müvafiq olaraq bu istiqamətdə addım-addım, ciddi irəliləməliyik. Gürcüstan və Azərbaycan hər iki ölkənin maraqları nəzərə alınmaqla razılaşdırılmamış sərhəd bölgələri məsələsini həll etməlidir. Dəfələrlə qeyd etmişik ki, bu problem hər iki ölkənin tarixi irs və kilsə ilə bağlı milli maraqları nəzərə alınmaqla həll olunmalıdır”.

O, ölkə vətəndaşlarını həm istənilən hərəkətinə, həm də sözlərinə böyük məsuliyyətlə yanaşmağa, ehtiyatlı olmağa çağırıb.

Xatırladaq ki, Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” məbədinə gediş-gəliş bu ilin iyul ayında bir qrup Gürcüstan vətəndaşının törətdiyi təxribatdan sonra dayandırılmışdı.Hazırda iki ölkə ekspertləri Gürcüstanla Azərbaycan arasında dövlət sərhədinin mübahisəli hesab edilən sahələri üzrə araşdırmaları davam etdirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi