Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

azerbaycan-kubokunun-finali-bu-stadionda-olacaq
Oxunma sayı: 3010

Azərbaycan Kubokunda 2023/24 mövsümünün final qarşılaşmasının keçiriləcəyi stadion müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən görüş “Liv Bona Dea Arena”da baş tutacaq.

2 iyun tarixində keçiriləcək final oyununun başlama saatı, eyni zamanda həlledici matçın detalları ilə bağlı Peşəkar Futbol Liqasının saytında əlavə məlumat veriləcək.