Azərbaycan MMA və Qrapplinq Federasiyası hesabat konfransı keçirib - Video

azerbaycan-mma-ve-qrapplinq-federasiyasi-hesabat-konfransi-kecirib
Oxunma sayı: 2732

10 fevral 2024-cü il tarixində Azərbaycan MMA və Qrapplinq Federasiyası 2023-cü ilin yenuklarına dair hesabat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbir təşkilatçıları Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrində olduğu kimi idman sahəsindəki uğurlu siyasəti, idmana verdiyi xüsusi diqqət və qayğısı və Azərbaycanın idman dünyasında artan nüfuzu barədə söz açıblar.

Dövlət başçısının 7 fevral 2024-cü il, növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbəsi qeyd olunub.

Konfransda çıxış edən federasiya prezidenti Azad Əsgərov 2023-cü ilin hesabatını təqdim edərkən idmançılarımızın beynəlxalq idman arenasında qazanılan uğurları və yüksək nəaliyyətləri haqqında məlumat verib.

Həmçin Azad Əsgərov 2024-cü ilin tədbirlər planı haqda ətraflı məlumat verib.

Cari ilin ən mühüm hadisəsi – may ayında ölkəmizdə keçiriləcək Qrapplinq idman növü üzrə Avropa çempionatı və bu nüfuzlu beynəlxalq yarışa hazırlıq planı barədə detallı bildirib.

Hesabat konfransında İdarə Heyəti və idman növləri üzrə vitse-prezidentlər də iştirak ediblər.

İdarə heyətinin üzvləri, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov çıxış edərək öz fikirlərini bildiriblər.

Tədbir çərçivəsində 2023-cü il ərzində müxtəlif beynəlxalq yarışlarda iştirak edən MMA idman növü üzrə peşəkar döyüşçülər, MMA, pankration və qrapplinq idman növlərində avropa və dünya çempionatlarının mükafatçılarına “İlin idmançısı” fəxri diplomları təqdim edilib.

Həmçinin, fərqlənən məşqçilərin “İlin məşqçisi”, fəallığı ilə seçilən və uğur qazanan klublar “İlin klubu”, fəxri diplomları ilə təltif olunub.

Federasiyaya üzv olan yeni məşqçilərin sertifikatları təqdim olunub.

Sonda isə, ilin digər yarış və tədbirləri haqda məlumat verilib.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov, birinci vitse prezidenti isə, Tural Mirzəyevdir.