Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri Moskvada görüşdü

azerbaycan-ve-ermenistan-ictimaiyyet-numayendeleri-moskvada-gorusdu
Oxunma sayı: 2444

Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra Moskvada ilk görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Görüş zamanı iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.

“Dekabrın 23 və 24-də Moskvada Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur. 

***

APA-nın məlumatına görə, dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.