Azərbaycana ilk qar yağdı - Fotolar+Video

azerbaycana-ilk-qar-yagdi
Oxunma sayı: 10772

Azərbaycanın ən ucqar kəndinə qar yağıb.

"Qafqazinfo"nun Şimal bürosunun Şimal-Şərq Quba Regional Hidrometrologiya Mərkəzindən əldə etdiyi məlumata görə, Qubanın Xınalıq kəndinə ilk qar yağıb. 

Qarın hündürlüyü 1 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcə olub. Xınalıq sakinlərinin bildirdiyinə görə qar artıq əriməyə başlayıb. Quba Xınalıq yolunda  avtomobillərin gediş-gəlişində çətinlik yoxdur.

Emin Kərimov